Online TV üçün hazır infrastruktur

Kanalınız efirdə.
Texniki tərəf bizdə.

OnAirTV online televiziyalar üçün server, idarəetmə paneli və canlı yayım serverini bir paketdə verir. Studiyadan, telefondan və ya drondan gələn siqnalı qəbul edin, saytınıza və sosial platformalara eyni anda, 24/7 yayımlayın.

  • 8canlı mənbə
    bir pultda
  • 6platforma
    eyni anda
  • 24/7fasiləsiz
    efir
  • 1080pFull HD
    yayım
panel.kanaliniz.tv/studio/kanal-1
EFİRDƏ TC00:00:00:00
PREVIEWMüxbir1080p50
PROGRAMKamera 11080p50

Keçid

Kompozisiya

Əlavə mənbə: Qonaq

Efir qrafikası

Süjetlər

efirə hazırKlik: preview · Efirə: birbaşa efir

    00:00:00:00 1080p50 · H.264
    00:00/00:00 Seçim 00:00 – 00:00

    Montaj masası

    SUB
    GFX
    Alt yazı
    V1
    A1

    İndi efirdə

    CANLI
    — —

    —

    Pult çıxışı: —

    Növbəti

      Seçilmiş veriliş

      —
      Vaxt
      —
      Mənbə
      —
      Kanal
      —
      Server: onair-edge-01 CPU 14% Yükləmə 24.6 Mb/s 1–8 mənbə Space CUT Enter AUTO Demo göstəricilər

      Bu, real pultun interaktiv demosudur: mənbəyə klikləyin, CUT və ya AUTO basın, süjeti efirə verin, yuxarıdakı pəncərələrdən Multimedia Lab və Efir cədvəlinə keçin

      Xidmətlər

      Bir televiziyanın efirə çıxması üçün üç əsas hissə

      Ayrı-ayrı proqramlar, lisenziyalar və mühəndis axtarmağa ehtiyac yoxdur. Hər üçünü biz qurur, sazlayır və işlək vəziyyətdə təhvil veririk.

      01

      Server

      Kanalınız üçün ayrıca qurulmuş və efirə sazlanmış yayım serveri. Quraşdırma, yeniləmə və nəzarət bizim üzərimizdədir.

      • Ayrıca server, sizin domeninizdə
      • SSL və CDN keşi ilə çatdırılma
      • Avtomatik sağlamlıq yoxlaması və bərpa
      02

      İdarəetmə paneli

      Bütün efir bir paneldən: canlı pult, efir cədvəli, qrafika, montaj, reklam və statistika. Brauzerdə açılır, proqram quraşdırmaq lazım deyil.

      • İstənilən kompüterdən, brauzerdən idarə
      • Komanda üçün rollar və icazələr
      • Çoxdilli interfeys, istənilən ölkədən giriş
      03

      Canlı yayım serveri

      RTMP, SRT və WebRTC ilə siqnalı qəbul edir, HLS ilə saytınıza və Smart TV-yə, eyni anda YouTube, Facebook, TikTok və Instagram-a ötürür.

      • RTMP · SRT · WebRTC giriş
      • HLS çıxış, izləyici CDN-dən izləyir
      • Siqnal kəsiləndə avtomatik ehtiyat efir

      İmkanlar

      Peşəkar telestudiyanın imkanları, bir paneldə

      Aşağıdakıların hamısı hazırdır və real efirdə işləyir. Kartların üstünə gəlin və toxunun: çoxu canlıdır.

      Canlı pult

      8 mənbə, bir rejissor

      Studiya kamerası, telefon, dron, IP kamera və brauzerdən qoşulan qonaq. PREVIEW/CUT ilə keçid, PiP və 2–4 kameralı ekran düzümləri.

      Multi-yayım

      Bir siqnal, altı ekran

      Saytınız, Smart TV, YouTube, Facebook, TikTok və Instagram eyni anda. Efir zamanı hər platformanı ayrıca açıb-söndürürsünüz.

      24/7 efir

      Efir heç vaxt boş qalmır

      Verilişləri yükləyin, cədvələ düzün. Canlı yayım bitəndə və ya siqnal kəsiləndə efir avtomatik proqram axınına qayıdır.

      Efir qrafikası

      Loqo, alt yazı, xəbər lenti

      Kanal loqosu, "CANLI" nişanı, alt yazılar və qaçan sətir. Dəyişiklik yarım saniyəyə efirdədir, yayım kəsilmir.

      Video montaj

      Montaj və media kitabxanası

      Kəsin, birləşdirin, yazı və musiqi əlavə edin. Pulsuz video, şəkil və musiqi axtarışı panelin içindədir. Nəticə birbaşa kitabxanaya düşür.

      Subtitr və tərcümə

      Danışıq özü mətnə çevrilir

      Server danışığı tanıyır, subtitr yazır və başqa dilə tərcümə edir. Subtitrlər pleyerdə efirlə sinxron görünür.

      Virtual studiya

      Yaşıl fon, hazır studiya

      Kiçik otaqdan böyük telestudiya görüntüsü. Aparıcı yaşıl fonda dayanır, efirə virtual studiya çıxır. Xətti sürüşdürüb müqayisə edin.

      Efirdə
      Kamera
      Prompter

      Aparıcı mətni ekrandan oxuyur

      Mətn ayrıca ekranda axır, sürəti telefondan idarə olunur.

      Reklam

      Reklam fasilələri və hesabat

      Rolikləri cədvələ qoyun, neçə dəfə efirə getdiyini reklamçıya hesabatla göstərin.

      Monitorinq

      Serverin vəziyyəti göz önündə

      Yayımın sağlamlığı, yük və bitreyt paneldə canlı görünür.

      Komanda

      Rollar və təhlükəsizlik

      Hər əməkdaşa öz icazəsi. Platforma açarları yalnız serverinizdə saxlanır.

      Necə işləyir

      Mənbədən ekrana, bir serverdən keçərək

      Bütün siqnallar sizin OnAir serverinizdə toplanır, orada qarışdırılır və bütün ekranlara oradan paylanır. Mənbənin üstünə gəlin, yolunu izləyin.

      • Studiya kamerasıOBS · GoStream · RTMP
      • TelefonLarix · PRISM · SRT
      • DronDJI · RTMP
      • IP kameraRTSP
      • Qonaq linkiBrauzer · WebRTC
      • Hazır verilişlərMedia kitabxanası · 24/7
      OnAirTV serveri

      Sizin serveriniz

      • Pult
      • Qrafika
      • Kodlaşdırma
      • Cədvəl
      • SaytınızHLS pleyer · CDN
      • Smart TVAndroid TV · Tizen · webOS
      • YouTubeCanlı yayım
      • FacebookCanlı yayım
      • TikTokCanlı yayım
      • InstagramCanlı yayım

      İdarəetmə paneli

      Paneli elə buradaca sınayın

      Bu, panelin sadələşdirilmiş demosudur. Düymələri basın, mətni dəyişin: efir ekranı dərhal cavab verir.

      Ekrandakı qrafika

      Qiymətlər

      Kanalınızın ölçüsünə uyğun paket seçin

      Hər paketdə server, idarəetmə paneli və canlı yayım serveri var. Paketlər server gücünə və saytınızda eyni anda izləyə bilən tamaşaçı sayına görə fərqlənir.

      Saytınızda eyni anda neçə izləyici gözləyirsiniz?

      150 izləyici

      Sizə uyğun paket Start 59$
      Paket 1

      Start

      59$/ ay

      150 nəfərə qədər
      anlıq izləyici, saytda

      • Yaddaş1 TB
      • Yayım keyfiyyətiFull HD
      • Sosial platformalara yayımLimitsiz
      • İdarəetmə paneli
      • 24/7 avtomatik efir
      • Texniki dəstək
      Paketi seç
      Paket 2

      Plus

      79$/ ay

      250 nəfərə qədər
      anlıq izləyici, saytda

      • Yaddaş1.2 TB
      • Yayım keyfiyyətiFull HD
      • Sosial platformalara yayımLimitsiz
      • İdarəetmə paneli
      • 24/7 avtomatik efir
      • Texniki dəstək
      Paketi seç
      Paket 3

      Pro

      99$/ ay

      350 nəfərə qədər
      anlıq izləyici, saytda

      • Yaddaş1.4 TB
      • Yayım keyfiyyətiFull HD
      • Sosial platformalara yayımLimitsiz
      • İdarəetmə paneli
      • 24/7 avtomatik efir
      • Texniki dəstək
      Paketi seç
      Paket 4

      Biznes

      149$/ ay

      500 nəfərə qədər
      anlıq izləyici, saytda

      • Yaddaş3 TB
      • Yayım keyfiyyətiFull HD
      • Sosial platformalara yayımLimitsiz
      • İdarəetmə paneli
      • 24/7 avtomatik efir
      • Texniki dəstək
      Paketi seç
      Paket 5

      Enterprise

      600$/ ay

      2 000 nəfərə qədər
      anlıq izləyici, saytda

      • Yaddaş4 TB
      • Yayım keyfiyyətiFull HD
      • Sosial platformalara yayımLimitsiz
      • İdarəetmə paneli
      • 24/7 avtomatik efir
      • Texniki dəstək
      Paketi seç
      Limitsiz · 4K
      Paket 6

      Unlimited

      999$/ ay

      Limitsiz
      anlıq izləyici, saytda

      • Yaddaş10 TB
      • Yayım keyfiyyətiFull HD və 4K
      • Sosial platformalara yayımLimitsiz
      • İdarəetmə paneli
      • 24/7 avtomatik efir
      • Texniki dəstək
      Paketi seç

      Başlanğıc

      Müraciətdən efirə dörd addım

      1. 1

        Müraciət

        Kanalınızı və ehtiyaclarınızı danışırıq: neçə mənbə, hansı platformalar, hansı domen.

      2. 2

        Serverin qurulması

        Serveri, yayım serverini və paneli sizin domeninizdə qurur, loqo və rənglərinizə uyğunlaşdırırıq.

      3. 3

        Təhvil və təlim

        Komandanıza paneli göstəririk: pult, cədvəl, qrafika. Platforma açarlarını özünüz qoşursunuz.

      4. 4

        Efir

        "Efirə çıx" düyməsini basırsınız. Texniki dəstək və yeniləmələr bizdə qalır.

      Kimlər üçün

      Efiri olan hər kəs üçün

      Xəbər portalları

      Saytınıza canlı TV bölməsi əlavə edin, xəbəri yazı ilə yanaşı efirdə də verin.

      İnternet televiziyaları

      Tam kanal: canlı studiya, 24/7 proqram axını, reklam və hesabat.

      Regional kanallar

      Böyük avadanlıq xərci olmadan bölgənizin efirini internetə çıxarın.

      Tədbir və konfranslar

      Bir neçə kamera, qonaq bağlantısı və eyni anda bütün platformalara yayım.

      Radio və podkastlar

      Studiyanı kameraya açın, verilişləri video kimi də yayımlayın.

      Təhsil və qurumlar

      Dərslər, açıq mühazirələr və rəsmi tədbirlər üçün öz kanalınız.

      Suallar

      Tez-tez soruşulanlar

      Cavabını tapmadığınız sual varsa, yazın: efirdən əvvəl hər şeyi aydınlaşdıraq.

      Sual ver

      Bir kamera və ya telefon kifayətdir. OBS, GoStream, Larix və PRISM kimi istənilən RTMP/SRT kodlayıcısı, brauzer kamerası, DJI dronları və IP kameralar dəstəklənir.

      Öz saytınıza, Smart TV-yə (Android TV, Samsung Tizen, LG webOS), YouTube, Facebook, TikTok və Instagram-a. Hər platformanı efir zamanı ayrıca açıb-söndürə bilərsiniz.

      Efir boş qalmır. Server avtomatik 24/7 proqram axınına keçir, siqnal qayıdanda canlı yayım davam edir.

      Bəli. Videoları kitabxanaya yükləyirsiniz, server onları efir formatına çevirir və cədvəl üzrə dövrlə yayımlayır.

      Bəli. Yayım HLS formatında verilir və saytınızdakı pleyerdə açılır. İzləyicilər videonu CDN keşindən alır, ona görə izləyici artanda server yüklənmir.

      Yayım açarları yalnız sizin serverinizdə, qapalı faylda saxlanır. Panel onları geri göstərmir və heç bir üçüncü tərəfə ötürmür.

      Əsas göstərici saytınızda eyni anda neçə nəfərin efiri izləyəcəyidir. Qiymətlər bölməsindəki sürüşkənlə bu sayı seçin, uyğun paket özü işıqlanacaq. YouTube, Facebook, TikTok və Instagram-dakı izləyicilər bu limitə daxil deyil.

      Xeyr. Paketdəki izləyici sayı yalnız yayımı sizin saytınız üzərindən izləyənlərə aiddir. YouTube, Facebook, TikTok və Instagram-a gedən yayımda izləyici sayına limit yoxdur.

      Əlaqə

      Efirə hazırsınız?

      Kanalınız haqqında qısaca yazın. Sizə paneli canlı göstərək və uyğun təklif hazırlayaq.

      • Panelin canlı nümayişi
      • Kanalınıza uyğun quruluş və təklif
      • Quraşdırma və təlim bizdən

      Düyməni basanda e-poçt proqramınızda hazır məktub açılacaq.